Mərhumun vida mərasimi “Çernomorets” klubunun stadionunda keçirilib
Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov ötən gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılıb.
Sportal.az xəbər verir ki, mərhumun vida mərasimi “Çernomorets” klubunun stadionunda keçirilib.
Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb.
saytlarin hazirlanmasi