"Beşiktaş"ın baş məşqçi postuna real namizəd

02:37 - 23 May 2015

İstanbul təmsilçisi Slaven Biliçə əvəzləyici tapdı   
 
Mövsüm başa çatan kimi Slaven Biliç “Beşiktaş” klubu ilə yollarını ayıracaq.
 
Sportal.az xəbər verir ki, son anda “Qara qartallar”ın çempionluq mübarizəsindən qopması xorvatiyalı mütəxəssisin işdən azad olmasına səbəb olub.  
 
Yeni mövsüm üçün məşqçi axtarışına çıxan İstanbul təmsilçisi deyəsən, istədiyi mütəxəssisi İngiltərədə tapıb. Türkiyə mətbuatının yaydığı son məlumata görə, “Kristal Palas” komandasını çalışdıran Alan Pardev növbəti mövsüm “Beşiktaş”a başçılıq edə bilər. İngiltərəli məşqçinin razılığını almaq üçün yaxın günlərdə “ağ-qaralar”ın rəsmiləri Dumanlı Albiona səfər edəcək.     

Xəbər xətti