Superliqada növbəti baş məşqçi istefası

16:48 - 23 May 2015

Mesut Bakkal postundan getdi
 
Türkiyənin "Gənclərbirliyi" klubunun baş məşqçisi Məsut Bakkal istefa verib.
 
Sportal.az xəbər verir ki, buna komandanın mövsümü uğursuz keçirməsi səbəb olub. Superliqanın 33-cü turunda evdə "Mersin"ə 1:2 hesabı ilə uduzan "Gənclərbirliyi"nin çalışdırıcısı baş məşqçi vəzifəsindən getmək qərarı verib. Təcrübəli mütəxəssisin istefa qərarı rəhbərlik tərəfindən qəbul edilib.
 
Qeyd edək ki, "Gənclərbirliyi" geridə qalan 33 turdan sonra 40 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 

Xəbər xətti