Mombonqo Azərbaycan çempionatında 37-ci oldu

18:44 - 23 May 2015

AZAL-da 2-ci

 

Premyer Liqanın XXXV turunda 2014/15 mövsümünün ilk pokeri qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, AZAL-ın futbolçusu Freddi Mombonqo “Simurq”la qarşılaşmada (5:0) 4 qola imza atıb. Ölkə çempionatlarında sonuncu belə hadisə 2012/13 mövsümündə qeydə alınmışdı. 3 pokerin qeydə alındığı həmin çempionatdan sonra heç bir futbolçu bir matçda 3-dən artıq qol vurmamışdı.

 

Sonuncu pokerin müəllifi isə Pərdis Fərcad-Azad olub. 802 gün əvvəl – 2013-cü il martın 11-də baş tutan “Sumqayıt” – “Turan” görüşündə (4:0) bütün qolları Pərdis vurmuşdu. Mombonqo Azərbaycan milli çempionatlarının 23 illik tarixinin 7-ci pokerinin müəllifi olub. Afrikalı legioner AZAL-ın Premyer Liqada 2-ci pokerinə imza atıb. 978 gün əvvəl, elə 2012/13 mövsümündə Junior Nildo “Qarabağ”la görüşün qəhrəmanı olmuşdu. 2012-ci il sentyabrın 16-dakı matçda bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.

 

Qeyd edək ki, ölkə çempionatları tarixində bir futbolçu 8 dəfə 5, 1 dəfə 6, 2 dəfə 7 qola imza atıb.

Xəbər xətti