Almaniya Bundesliqasını hansı komandalar tərk etdi?

20:55 - 23 May 2015

Yurgen Klopp “Borussiya”dan qalib ayrıldı
 
Almaniya Bundesliqada 34-cü turun oyunları ilə mövsümə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, sonuncu tur “Verder”lə ev oyunu Dortmund “Borussiya”sının baş məşqçisi üçün vida matçı olub.
 
Mövsümün gedişində istefa verən Yurgen Klopp Dortmund klubunun baş məşqçi postunu qələbəylə tərk edib. Meydan sahibləri rəqibinə 3:2 hesabı ilə qalib gəlib.
 
İkinci diviziona son olaraq kimin düşəcəyi də son tura qalmışdı. “Frayburq” və “Paderborn”un elitanı tərk edəcək. “Hamburq” ikinci liqada 3-cü yeri tutacaq komandayla pley-off oynayacaq. 
 
 
 
“Borussiya” (M) – “Auqsburq”  1:3
Qollar: Raffael, 36 – Hoybyerq, 72, Matavz, 77, Molders, 90+5
 
“Bavariya” – “Maynts”  2:0
Qollar: Levandovski, 25-pen, Şvaynştayqer, 48
 
“Borussiya” (D) – “Verder”  3:2
Qollar: Kaqava, 15, Aubemeyanq, 17, Mxitaryan, 42 – Öztunalı, 26, Cebre Selasse, 85
 
Ayntraxt” – “Bayer”  2:1
Qollar: Seferoviç, 4, Madlunq, 39 – Bellarbi, 6
 
“Hamburq” – “Şalke”  2:0
Qollar: Oliç, 49, Raykoviç, 58
 
“Hannover” – “Frayburq”  2:1
Qollar: Kiyotake, 3, Krmpas, 84-öz qapısına – Ptersen, 90+2
 
“Hoffenhaym” – “Herta” 2:1
Qollar: Modeste, 8, Firmino, 80 – Beerens, 72
 
“Köln” – “Volfsburq”  2:2
Qollar: Osako, 3, Knoke, 61-öz qapısına – Qustavo, 8, Perisiç, 15
 
“Paderborn” – “Ştutqart”  1:2
Qollar: Vuçinoviç, 4 – Didavi, 36, Gincek, 72

Xəbər xətti