Almaniya millisinin üzvü daha 4 il komandada
“Hoffenhaym” klubu hücumçu Kevin Follandla müqavilə müddətini artırıb.
Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçunun klubla müqaviləsi 2017-ci ilin yayında başa çatırdı.
Almaniya yığma komandasının üzvünü heyətinə qatmaq istəyən komandaların çox olduğunu görən “Hoffenhaym” rəhbərliyi onunla müqaviləni daha iki il artırıb. Belədə almaniyalı forvard 2019-cu ilə qədər sözügedən komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, bu mövsüm “Hoffeanhaym”ın heyətində 32 oyun keçirən Folland rəqib qapılarının torunu 8 dəfə silkələməyi bacarıb.
saytlarin hazirlanmasi