"Beşiktaş"da "Qalatasaray"la matç öncəsi ciddi itki

15:54 - 24 May 2015

Hücumçu oyunu buraxmalı olacaq
 
Türkiyənin “Beşiktaş” klubu bu gün “Qalatasaray”la keçiriləcək oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki, komandanın aparıcı üzvü Gökhan Törə dizindəki zədə səbəbindən bugünkü derbini buraxmalı olacaq.
 
Qeyd edək ki, “Qalatasaray” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti