Kamran Ağayevin komandasında gözlənilməz ayrılıq

17:40 - 24 May 2015

Baş direktor komandadan getdi
 
Kamran Ağayevin çıxış etdiyi “Kayserispor”un baş direktoru Süleyman Hurma hər kəslə vidalaşaraq Kayseridən ayrılıb.
 
Sportal.az xəbər verir ki, Kayseri klubunda 10 il çalışan Hurma getməmişdən əvvəl mətbuat konfransı keçirərək açıqlama verib:
 
“Kayserispor”da yaxşı və pis günlərimiz oldu. Burda olduğum müddətdə işimi ən yaxşı şəkildə görməyə çalışdım. İnanıram ki, “Kayserispor”a çox faydam olub.
 
Bu klubda əməyi keçən hər kəsə təşəkkür edirəm. “Kayserispor”dan ayrılıram. Qarşıdakı mövsümdə başqa bir klubda işləyib-işləməyəcəyimi hələ bilmirəm”.
 
“Kayserispor” cari mövsümün nəticələrinə görə, Türkiyənin birinci liqasından Superliqaya vəsiqə qazanıb.
 

Xəbər xətti