Azərbaycan "Rio-2016" Olimpiadasına ikinci lisenziya qazandı

20:40 - 24 May 2015

Albert Səlimovdan sonra Dmitri Marşin vəsiqəni əldə etdi  
 
Azərbaycan yığmasının yüngül atleti Dmitri Marşin Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak üçün lisenziya qazanıb.
 
Sportal.az Trend-ə istinadən xəbər verir ki, “Ümid” yığma komandasının təmsilçisi çəkic tullama üzrə 78,52 metr nəticə göstərib.
 
Bu, Azərbaycan idmançıları üçün ikinci lisenziyadır. Birinci lisenziyanı isə boksçu Albert Səlimov qazanıb.

Xəbər xətti