“Şalke” Di Matteoyla yollarını ayırdı
Almaniya Bundesliqasında mövsümü 6-cı yerdə başa vuran “Şalke”nin baş məşqçisi Roberto Di Matteo vəzifəsindən uzaqlaşdırılıb.
Sportal.az xəbər verir ki, buna komandanın mükafatçılar sırasına düşməməsi səbəb olub. “Şalke”nin Çempionlar Liqasından kənarda qaldığını görən klub rəhbərliyi 44 yaşlı məşqçiylə yollarını ayırıb.
Qeyd edək ki, italiyalı mütəxəssis 2014-cü ildən Almaniya təmsiçisinə başçılıq edirdi.
saytlarin hazirlanmasi