Dmitri Nazarov oynadı, komandası qalib gəldi

21:30 - 24 May 2015

Budesliqaya vəsiqə uğurunda “Karlsrue” “Hamburq”la pley-off oynayacaq
 
Milli komandamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” Almaniya 2-ci Bundesliqasının son turunda “Münxen 1860” komandasıyla qarşılaşıb.
 
Sportal.az xəbər verir ki, bu oyunda start hyətində yer alan Nazarov 90 dəqiqə oynayıb.
 
Futbolçumuzun çıxış etdiyi  “Karlsrue” rəqibinə 2:0 hesabı ilə qalib gələrək mövsümü 3-cü yerdə başa vurub. “Karlsrue” Bundesliqaya vəsiqə əldə etmək üçün elitada 17-ci yerdə qərarlaşan “Hamburq”la pley-off oynamalı olacaq.
 
Milli komandamızın daha bir üzvü Tuğrul Eratın klubu “Fortuna Düsseldorf” da son matçına çıxıb. Eratın son 3 dəqiqədə meydanda olduğu oyunda komandası “Frankfurt”a 3:2 hesabı ilə məğlub olub.
 
 

Xəbər xətti