"Xəzər Lənkəran" mövsümün son oyunu üçün başlayır

01:10 - 25 May 2015

Komanda bu gün ilk məşqinə çıxacaq
 
Premyer Liqanın son turunda “Simurq” klubunu qəbul edəcək “Xəzər Lənkəran” istirahətini yekunlaşdırır.
 
Sportal.az xəbər verir ki, ötən turun səfər oyunundan sonra sərbəst buraxılan komanda bu gün, mayın 25-də paytaxtda bir araya gələrək doğma şəhərə qayıdacaq. Lənkərana çatdıqdan sonra özünün baza-otelində məskunlaşacaq komanda saat 18:00-da ehtiyat meydançada məşqə çıxacaq. (12cioyuncu.info)

Xəbər xətti