Manuel Noyer 22 oyun qapısını toxunulmaz saxladı
“Bavariya” klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, “Mayns”a 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada Münhen təmsilçisinin qolkiperi 34 qarşılaşmanın 22-sində qapısını toxunulmaz saxlayıb.
Mövsümün yekunlarına görə Noyer 2001-2002-ci illərdə “Bavariya”nın sabiq kiperi Oliver Kana məxsus olan 19 oyunluq quru seriyanı qıraraq birinci olub.
saytlarin hazirlanmasi