Nazim Süleymanov yubiley matçında poker etdi

02:46 - 25 May 2015

“Alaniya” – “Neftçi” duelində bərabərlik  
 
Rusiyanın Vladiqafqaz şəhərində Azərbaycan futbol tarixinin ən istedadlı futbolçularından biri, hazırda 19 yaşadək futbolçulardan ibarət millimin baş məşqçisi  Nazim Süleymanovun 50 illik yubileyi qeyd olunub.

Sportal.az xəbər verir ki, sözügedən məkanda yubilyarın şərəfinə yoldaşlıq oyunu keçirilib.

Vladiqafqaz "Alaniya"sı ilə “Neftçi” veteranlardan ibarət komanda arasında baş tutan görüş  7:7 hesabı ilə başa çatıb. Nazim Süleymanov  bu görüşdə 4 qol vurub. “Neftçi”nin heyətində  "Alaniya"ya üç qol vuran yubilyar bir dəfə də sabiq komandasının qapısına yol tapıb.  “Neftçi”nin digər qollarına  gəlincə, Musa Qurbanov het-trik edib, Oqtay Abdullayev isə bir dəfə fərqlənib.

Xəbər xətti