"Gələn mövsüm "Beşiktaş"da olmayacam"

15:44 - 25 May 2015

"Çempion olmasaq da..."

 

Xorvatiyalı mütəxəssis İstanbul derbisindən dərhal sonra gələn mövsüm komandada olmayacağını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, oyundan sonra mətbuat konfransında danışan Biliç bu sözləri deyib: "Gələn mövsüm “Beşiktaş”ın baş məşqçisi olaraq davam etməyəcəm. Bu qədər çətin şərtlər altında olmasına baxmayaraq, əlimdən gələninin ən yaxşısını etdim. Çempion olmasaq da, gözəl oyun nümayiş etdirdik".

 

Qeyd edək ki, 46 yaşlı mütəxəssis 2013-cü ildən İstanbul nəhəngini çalışdırır. Maraq üçün bildirək ki, “Qalatasary” doğma meydanda “Beşiktaş”ı 2:0 hesabı ilə məğlub edib.

Xəbər xətti