Dünya çempionu naməlum şəkildə dünyasını dəyişdi

19:00 - 25 May 2015

Bir daha geri qayıtmayıb

 

Karate üzrə dünya çempionu Anton Krivoşeyevin Novosibirskdə cəsədi tapılıb.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı idmançı 21 may 15:00 radələrində evdən çıxıb, bir daha geri qayıtmayıb.

 

Sonuncu dəfə onunla 15:35 saatlarında telefon əlaqəsi olub. Ondan sonra isə o, telefon zənglərinə cavab verməyib. 22:00-da isə artıq telefonu sönülü olub.

 

Polislər onun "Porsche Cayenne" markalı avtomobili Novosibirskdə küçədə rast gəliblər, lakin maşının içində nə sənədləri, nə də telefon olmayıb.

 

Qeyd edək ki, Krivoşeyev karatenin kekusin-kan növü üzrə 65 kq-da dünya və Rusiya çempionu olub.

Xəbər xətti