Mişel Platini: “FİFA-dakı bu dəyişiklik qurumun xeyrinə olacaq"
	 
	UEFA-nın prezidenti Mişel Platini FİFA-ya prezident seçkilərində İordaniya şahzadəsi Əli bin Əl-Hüseynə dəstək olacağını açıqlayıb.
	 
	Sportal.az xəbər verir ki, Avropa futbol qurumunun prezidenti FİFA rəhbərliyində dəyişikliyə ehtiyac duyulduğunu deyib:
	 
	"Prezident seçkilərində Əli bin Əl-Hüseyni dəstəkləyəcəm.  Blatter prezidentlik vəzifəsindən getməlidir. FİFA-dakı bu dəyişiklik qurumun xeyrinə olacaq".
	 
	Qeyd dək ki, prezident seçkisi mayın 29-u keçiriləcək. FİFA prezidentliyinə namizədlər Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyndir.
                      
saytlarin hazirlanmasi