Avropa birinciliyindən 6 medal

20:35 - 25 May 2015

Boksçularımız qitə turinində uğur qazandılar
 
Ukraynanın Lvov şəhərində  boks üzrə yeniyetmələr arasında Avropa Birinciliyinə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, komandamız yarışda 2 qızıl, 2 gümüş və 2 bürünc medala sahib olub.
 
60 kq çəki dərəcəsində  mübarizə aparan Bəxtiyar Qazıbəyov finalda türkiyəli boksçu Tuğrulhan Ərdəmiri məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Məhəmməd Abdullayev də  (+80 kq) Avropa birinciliyinin qızıl medalına sahib olub. Boksçumuz həlledici döyüşdə ukraynali Aleksandr Xristevi üstələyib.
 
Cavid Hüseynov (48 kq) finalda Artyom Demyanenkoya (Ukrayna) məğlub olaraq 2-ci yeri tutub.
 
Niyaməddin Allahverdiyev finalda İngiltərə təmsilçisi Carlz Frankhamla bacarmayıb.
 
Orxan Həsənov (54 kq) ve Şaiq Məlikov (70 kq) 3-cü yerlə kifayətləniblər.
 
Komanda hesabında isə Azərbaycan yığması Ukraynadan sonra 2-ci yeri tutub.

Xəbər xətti