Slaven Biliç "Beşiktaş"ı niyə tərk edir?

20:50 - 25 May 2015

Xorvatiyalı mütəxəssis uğursuzluğa biganə qalmadı
 
“Beşiktaş”ın baş məşqçisi Slaven Biliç komandadan ayrılmasının səbəblərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis çempionluq mübarizəsində “Qalatsaray”dan geri qalmalarına belə şərh verib:
 
“Komandanın uğursuz çıxış etməsinin günahını özü üzərimə götürürəm. Artıq bundan sonra “Beşiktaş”da qalmağım düzgün olmazdı. İki mövsümdür ki, komandanı çalışdırıram. Hər halda komanda uğur qazandıra bilməmişəmsə, deməli getməliyəm. Lakin “Beşiktaş”ın nəticə əldə etməsi üçün məndən asılı olmayan səbələr də vardı. Onları açıqlasam özümü sığortalamış olaram. Ona görə də problemlər barədə danışmaq istəmirəm”.   

Xəbər xətti