“İnter” Luis Felipeylə güclənir
“Çelsi” klubunun heyətində möhkəmlənə bilməyən Luis Felipenin komandadan ayrılacağı gözlənilir.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını İtaliya A seriyasında davam etdirə bilər.
Roberto Mançinin istəyiylə “İnter” klubu futbolçunu düşərgəsinə qatmağa hazırlaşır. Luis Felipenin “Çelsi”ylə yollarını ayıracağını bilən milanlılar braziliyalıya təkilf göndərib. Lakin futbolçunun sabiq komandası Madrid “Atletiko”suna qayıdacağı ilə bağlı xəbərlər də yayılıb.
saytlarin hazirlanmasi