Klub rəsmiləri Portuqaliyaya yollanmayacaq
Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran”ın İdman Direktoru Yunis Hüseynovun və komandanın tərcüməçisi Elvar Quliyevin Malidə futbolçu axtarışındadılar.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Cənub komandasının rəsmilərinin 10 günlük Mali səfərindən sonra Portuqaliyaya gedəcəyi gözlənilirdi. Lakin son anda klub rəhbərliyi başqa qərar qəbul edib.
"Ağ-yaşıllar"ın rəsmiləri Afrikadan birbaşa vətənə dönəcəklər.
saytlarin hazirlanmasi