"Qalatasaray" çempionluğunu rəsmiləşdirdi

00:12 - 26 May 2015

4-cü ulduz "Cim-Bom"un oldu
 
Türkiyə Superliqasında 2014/15 mövsümünün çempionu müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, sona 1 tur qalmış “Qalatasaray” çempionluğunu rəsmiləşdirib. Qızıl medalların sahibinin adı “Fənərbaxça”nın “Başakşehir”lə oyunda xal itirməsindən (2:2) sonra dəqiqləşib. Bu xal itkisindən sonra “sarı-lacivərdlilər” 71 xala malikdir. “Qalatasaray”ın aktivində isə 76 xal var.
 
Xatırladaq ki, bu, “Qalatasaray”ın tarixi ərzində 20-ci çempionluqdur. 

Xəbər xətti