"Fənərbaxça" büdrədi, "Qalatasaray" çempion oldu

01:35 - 26 May 2015

“Başakşəhər” “sarı-lacivərdlilər”i dayandırdı
 
Türkiyə Superliqasında 33-cü  turun oyunlarına yekun vurulub.
 
Sportal.az xəbər verir ki, İstanbul derbisində "Beşiktaş"ı iki qolla yenən "Qalatasaray" çempionluq üçün "Fənərbaxça"nın xal itirməsini gözləyirdi.
 
İstanbul təmsilçisi səfərdə "Başakşəhər"in  qonağı olub. “Sarı-lacivərdlilər”in heç-heçə oynaması (2:2) "Qalatasaray"ın çempionluğunu bir həftə öncədən təmin etməsinə şərait yaradıb. Bununla da çempionatın başa çatmasına bir tur qalmış “Cim Bom” çempionluğunu bayram edib.
 
 
Türkiyə Superliqası 33-cü tur
 
22 may
 
“Gənclərbirliyi” – “Mərsin”  1:2
Qollar: Kahveci, 37 – Veliton, 60, Nakulma, 79
 
23 may
 
“Kasımpaşa” – “Kayseri Ərciyəsspor”  3:3
Qollar: Torun, 14; Donk, 76, Malki, 85 - Zoua, 43, Edinyo, 46, Çağlayan, 57
 
“Konyaspor” – “Rizəspor”  1:1
Qollar:
Rangelov, 90+2 - Kveuke, 21
 
“Trabzonspor” – “Balıkesirspor”  3:2
Qollar:
Medyani, 35, Kordozo, 50, 85 - Çeviker, 28, Atasevən, 69
 
24 may
 
“Qaziantepspor” – “Əskişəhərspor”  3:2
Qollar:
Kamara, 7, 59, Çibuke, 9, - Öztürk, 63, Şentürk, 73
 
“Karabükspor” – “Sivasspor”  2:1
Qollar:
Özek, 72, Sou, 76 - Yılmazer, 28
 
“Qalatasaray” – “Beşiktaş”  2:0
Qollar:
Yasin Öztekin, 11, Sneyder, 81
 
25 may
 
“Akhisar Bələdiyə” – “Bursaspor”  0:1
Qol:
Cosue, 60-pen.
 
 
“Başakşəhər” – “Fənərbaxça”  2:2
Qollar:
Mehmet Batdal, 53, 62 - Dieqo, 81, Vebo, 88
 
 
 

Xəbər xətti