"Valensiya"nın prezidentindən sərt reaksiya: "Əgər Otamendi komandadan ayrılmaq istəyirsə..."

01:50 - 26 May 2015

“Agentin dedikləri məni maraqlandırmır”
 
“Valensiya”lı müdafiəçi Nikolas Otamendinin komandadan ayrılmaq istəyində olmasına klubun prezidenti Amadeo Salvo münasibət bildirib.
 
Sportal.az xəbər verir ki, agent Euxenio Lopes futbolçunun “yarasalar”la yollarını ayırcağını deməsi klub rəhbərini əsəbləşdirib.
 
Bunun müqabilində “Valensiya”nın prezidenti ayrılıq sözünü Otamendinin özündən eşitmək istədiyini deyib:
 
“Agentin dedikləri məni maraqlandırmır. Əgər Otamendi komandadan ayrılmaq istəyirsə, bunu özü deməlidir. Lakin indidən açıqlayıram ki, onun transfer etmək istəyən komanda minimum 50 milyon avro verməlidir. Hələ ki, futbolçunun transferiylə bağlı kluba rəsmi müraciət edən olmayıb”. 

Xəbər xətti