AFFA əməkdaşları bu gün növbəti yoldaşlıq matçını keçirir

02:02 - 26 May 2015

Qarşılaşma "Bayıl Arena"da baş tutacaq
 
Mayın 26-da, Bayıl stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşlarından ibarət komanda ilə Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşlarından təşkil olunmuş komanda arasında yoldaşlıq oyunu keçiriləcək.
 
Sportal.az xəbər verir ki, qarşılaşma saat 19:30-da başlayacaq. 
 
Xatırladaq ki, bir neçə gün öncə AFFA əməkdaşları ilə "Neftçi" veteranları yoxlama oyunu keçirmişdi.

Xəbər xətti