"Fənərbaxça" tarixində ilkə imza atdı

02:20 - 26 May 2015

“Sarı-lacivərdlilər”in 4 futbolçusu qırmızı vərəqə alıb
 
Türkiyə superliqasının 33-cü turunda səfərdə "Başakşəhər"lə 2:2 bərabərə qalan "Fənərbaxça" klubu antirekordla diqqət çəkib.
 
Sportal.az xəbər verir ki,  komandanın superliqa tarixində ilk dəfə bir oyunda 4 futbolçusu meydandan kənarlaşdırılıb.
 
Çempionluq iddiasını davam etdirməsi baxımından önəmli matçda qələbə qazanmaq istəyən "Fənərbaxça"dan Mehmet Topuz, Bruno Alveş, Caner Erkin və Pier Vebo qırmızı vərəqə ilə cəzalandırılıb. 
 
Qeyd edək ki, çempionluq mübarizəsində əzəli rəqibi "Qalatasaray"a uduzan "Fənərbaxça"nın mövsümü ikinci pillədə başa vuracağı rəsmiləşib.

Xəbər xətti