Əbdül Rəhman Baba uğurunda gərgin mübarizə
“Auqsburq”un aparıcı üzvü Əbdül Rəhman Baba karyerasını İngiltərədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 20 yaşlı müdafiəçini “Çelsi” klubu heyətinə cəlb etməyə hazırlaşır.
Bu mövsüm stabil oyunu ilə diqqəti çəkən qanalı futbolçunu trsnsfer etməkdə “Çelsi”ylə yanaşı “Real”, “Atletiko”, “Yuventus”, PSJ, “Mançester Yunayted” və “Liverpul” klubları da maraqlıdır.
Qeyd edək ki, cari mövsüm Bundesliqa təmsilçisinin heyətində 31 oyun keçirən futbolçu 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi