"Milan" xorvatiyalı hücumçunu transfer edir

03:10 - 26 May 2015

Adrian Qalliani madridlilərlə danışıqlara gedir  
 
Xorvatiya milli komandasının hücumçsu Mario Mandzukiç karyerasını İtaliyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, Madrid “Atletiko”sunun 29 yaşlı forvardı ilə “Milan” klubu maraqlanır.
 
Futbolçunun transferi ilə bağlı “Milan”ın vitse-prezidenti Adrian Qalliani yaxın günlərdə Madrid təmsilçisinin rəsmiləriylə danışıqlar aparacaq.   
 
Qeyd edək ki, cari mövsüm “Atletiko”da 43 oyun keçirən xorvatiyalı hücumçu 20 qol vurub və 5 məhsuldar ötürmə edib.    

Xəbər xətti