FİFA prezidentindən "Qarabağ"a təbrik

10:51 - 26 May 2015

Rövnəq Abdullayvə məktub

 

FIFA-nın prezidenti Yozef Blatter Azərbaycan Premyer Liqasının qalibini təbrik edib.

 

Sportal.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla FIFA-nın prezidenti dünya futbol ailəsi adından "Qarabağ" (Ağdam) klubunu Topaz Premyer Liqasının 2014/2015-ci il mövsümünün qalibi olması,  gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

Xəbər xətti