"Təhsil kuboku"nun final matçı canlı yayımda

12:36 - 26 May 2015

Bayılda keçiriləcək

 

Bu gün Bayıl stadionunda AFFA və Təhsil Nazirliyinin ali təhsil müəssisələri arasında birgə təşkil etdiyi “Təhsil kuboku” turnirinin final oyunu keçiriləcək.

 

Sportal.az xəbər verir ki, turnirin son oyununda Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandaları qarşılaşacaq. Saat 16:00-da başlayacaq oyun affa.az saytında canlı yayımlanacaq.

Xəbər xətti