Komitənin iclası
İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az sizi iclasda qəbul olunmuş qərarlarla tanış edir:
23 may 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Yasamal” – “Xəmsə” matçının 23-cü dəqiqəsində “Yasamal” klubunun 3 №-li futbolçusu Tərlan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
23 may 2015-ci il futzal üzrə Azərbaycan birinciliyinin “Yol” – “Kövsər” matçının 26-cı dəqiqəsində “Yol” klubunun 9 №-li futbolçusu Elton Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 26-cı dəqiqəsində “Kövsər” klubunun 12 №-li futbolçusu Turxan Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 30-cu dəqiqəsində “Yol” klubunun 17 №-li futbolçusu Əsgər Əsədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır
saytlarin hazirlanmasi