İspaniyadan İtaliyaya?
Mövsümün sonunda "Real" dan ayrılması gözlənilən alman yarımmüdafiəçi Sami Xedira karyerasını İtaliyada davam etdirə bilər.
Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı futbolçu ilə "Yuventus" klubu yaxından maraqlanır. Deyilənə görə tərəflər arasında ilkin razılıq əldə olunub.
Qeyd edək ki, bu mövsüm "Real" ın heyətində meydana çıxdığı 17 matçda heç nə ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi