"Sumqayıt"a qalib gələn "İnter" ölkə çempionu oldu

21:25 - 26 May 2015

Paytaxt klubu zaqatalıları qabaqladı 
 
Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 36-cı tura start verilib.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gələn "İnter" 63 xalla çempionluğunu təmin edib. Paytaxt klubunun əsas izləyicisi "Simurq" son turda qalib gəlsə belə liderdən bir xal geri qalacaq. 
 
Əvəzedicilərin çempionatı,  36-cı tur
 
26 may
 
“Sumqayıt” - “İnter”   0:2
Qollar: Mirsahib Abbasov, 42. Azər Salahlı, 90.

Xəbər xətti