"Xəzər Lənkəran"ın sabiq futbolçusu klubsuz qaldı

21:55 - 26 May 2015

Denis Kalinkov “Tiraspol”dan uzaqlaşdırıldı  
 
"Xəzər Lənkəran"ın sabiq futbolçusu Denis Kalinkov klubsuz qalıb.
 
Sportal.az xəbər verir ki, son olaraq Moldovanın  "Tiraspol" klubunda çıxış edən futbolçu gözlənilmədən komandadan çıxarılıb.
 
Bu barədə Moldova mətbuatına açıqlama verən futbolçu belə deyib:
 
"Bu barədə mətbuatdan öyrəndim. Sən demə xəbər doğru imiş. Nə baş verdiyini bilmirəm. Karyeramı harada davam etdirəcəyimi indidən deyə bilmərəm”.
 
Qeyd edək ki, Kalinkov 2009/10 mövsümündə "Xəzər Lənkəran"da forma geyinib. O, cənub klubunun heyətində 25 oyun keçirib və 5 qol vurub.
 

Xəbər xətti