Almaniya millisinin üzvü "Yuventus"la razılığa gəldi

00:50 - 27 May 2015

Xedira turinlilərlə müqavilə bağlayacaq  
 
Yeni mövsüm transfer çalışamlarına indidən başlayan “Yuventus” “Real”dan ayrılmaq üzrə olan Sami Xedira ilə razılığa gəlib.
 
Sportal.az  xəbər verir ki, yarımmüdafiəçi ilə görüşən “Yuvemtus”un meneceri futbolçuya dörd illik müqavilə təkilf edib.
 
Almaniya milli komandasının üzvü gələn həftə tibbi müayinədən keçəcək və turinlilərlə rəsmi müqavilə bağlayacaq.  Madrid təmsilçisindən ayrılan Xedira bu mövsüm cəmi 16 oyunda meydana çıxıb.

Xəbər xətti