"Milan"ın hücumçusu İngiltərə yolunda

01:17 - 27 May 2015

Manuel qardaşını İtaliyadan kənara çıxarmaq istəyir
 
“Milan” klubunun hücumçusu Stefan Əl-Şaaravi karyerasını İngiltərədə davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, futbolçuya agentlik edən qardaş Manuel Əl-Şaaravi onun Premyer Liqada oynamasını istıəyir.
 
Manuel qardaşına İngiltərə klublarında özünü sınamasını məsləhət görüb:
 
“İstərdim ki, Stefan İtaliyadan kənarda oynasın. O, özünü İngiltərə klublarının birində yoxlaya bilər. Lakin Stefan “Milan”ın gələcəyini düşünür. Onu da başa düşmək olar. O, futbolçu kimi “Milan”da üzə çıxıb. Yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşüb bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm. Əsas məsələ növbəti mövsüm komandanın baş məşqçisi kim olacaq? Artıq 4 ildir ki, qardaşım “Milan”da oynayır. Gələcək yeni baş məşqçidən də çox şey asılı olacaq”.      

Xəbər xətti