İngiltərə klubu İquaini transfer edir

02:44 - 27 May 2015

London təmsilçisindən argentinalıya fantastik təklif     
 
“Napoli” klubunun hücumçusu Qansalo İquain karyerasını İngiltərədə davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu “Arsenal” klubunun maraq dairəsinə düşüb.
 
İtaliya A seriyasında uğurlu mövsüm keçirən futbolçunun transferinə görə londonlular qarşı tərəfə 60 milyon avro verir. Lakin transferin reallaşmasına cənubi amerikalıya “Yuventus” və “Atletiko”dan gələn təkliflər mane olur.
 
Cari mövsüm “Napoli”də 57 oyuna çıxan hücumçu 27 qol vurub və 10 məhsuldar ötürmə edib.         

Xəbər xətti