Dələduzluq maddəsi ilə ittiham edilir
Azərbaycan Beynəlxalq Bankına borc qalmaqalı ilə bağlı Bakıda daha bir iş adamı həbs olunub.
Sportal.az xəbər verir ki, həbs edilən şəxs “City Devoloper” MMC-nin direktoru Ratmir Bəkirovdur.
Ratmir Bəkirovun vəkili Kamandar Nəsibov İnterpress.az-a bildirib ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Ratmir Bəkirov dələduzluq maddəsi ilə ittiham edilir.
Maraq üçün qeyd edək ki, Ratmir Bəkirov "Simurq" klubunun prezidenti Anar Bəkirovun atasıdır
saytlarin hazirlanmasi