Bolqarıstan yoxlama görüşündə
“Avro-2016”-nın seçmə mərhələsində milli komandamızın rəqibi olan Bolqarıstan yığması gələn ay yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İvalyo Petevin yetirmələri Türkiyə milisi ilə qarşılaşacaq. Görüş iyunun 8-i Bakı vaxtı ilə saat 22:45-də baş tutacaq.
Qeyd edək ki, Bolqarıstan seçmə mərhələ çərçivəsində iyunun 12-də Maltanın qonağı olacaq.
saytlarin hazirlanmasi