"Qalatasaray" qanalı futbolçuyla razılığa gəldi

18:15 - 27 May 2015

“Şalke”nin yarımmüdafiəçisi çempionla 4 illik müqavilə bağlayır   
 
“Şalke”nin aparıcı üzvü Kevin-Prin Boatenq “Qalatasaray” klubuna keçməyə yaxındır.
 
Sportal.az xəbər verir ki, yaxın günlərdə Türkiyə çempionu qanalı yarımmüdafiəçiylə 4 illik müqavilə bağlayacaq.
 
Bu ayın ortalarında qanalı futbolçu “Şalke”nin idman direktoru Horst Heldtom tərəfindən komandadan uzaqlaşdırılıb. Buna səbəb futbolçunun intizam qaydalarına riayət etməməsi olub.  
 
Qeyd edək ki, bu mövsüm “Şalke”nin heyətində 25 oyun keçirən Boatenq 4 məhsuldar qol ötürməsi edib.       

Xəbər xətti