"Beşiktaş"dan ilk rəsmi transfer

18:28 - 27 May 2015

İki illik müqavilə

 

Türkiyə Superliqasında mübarizə aparan "Gənclərbirliği"nin müdafiəçisi Dusko Toşiç növbəti mövsümdən karyerasını "Beşiktaş"da davam etdirəcək.

 

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "qara qartallar" serbiyalı müdafiəçi ilə iki illik müqaviləyə imza atıb. Müqaviləyə əsasən Toşiç "Beşiktaş"da illik 850 min avro qazanacaq.

 

Qeyd edək ki, sol cinah müdafiəçisi bu mövsüm "Gənclərbirliği"nin heyətində çıxdığı 31 matçda 1 qolla yadda qalıb.

Xəbər xətti