"Xəzər Lənkəran" - "Simurq" oyunu baş tutmadı
Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında sonuncu - 36-cı tura yekun vurulub.
Sportal.az xəbər verir ki, turun "Xəzər Lənkəran" - "Simurq" oyunu baş tutmayıb.
Buna Zaqatala klubunun Lənkərana səfər etməməsi səbəb olub. AFFA İntizam Komitəsinin "Simurq"a 0:3 hesablı texniki məğlubiyyət verəcəyi gözlənilir. Son oyuna çıxmamasına baxmayaraq "Simurq" çempionatı ikinci pillədə başa vurub.
Doğma meydanda AZAL-a 2:1 hesabı ilə qalib gələn "Neftçi" bürünc medallara yiyələnib.
Qeyd edək ki, "İnter" dünən "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.
27 may
“Neftçi” - AZAL 2:1
Qollar: Pərviz Qaraxanov, 56 - Ruslan Nəsirli, 28, Emil Həsənzadə, 88
“Qəbələ” - “Bakı” 0:1
Qol: Mahir Mədətov, 35
"Xəzər Lənkəran" - "Simurq" (baş tutmayıb)
26 may
"Sumqayıt" - "İnter" 0:2
Qollar: Mirsahib Abbasov, 42, Azər Salahlı, 90
saytlarin hazirlanmasi