Samir Xandanoviç “İnter”dən ayrılır
Diequ Alvesin ciddi zədəylə üzləşməsi “Valensiya” klubunu növbəti mövsüm üçün qapıçı axtarışına çıxmağa vadar edib.
Sportal.az xəbər verir ki, “yarasalar” yayda “İnter”də forma geyinən Samir Xandanoviçi transfer etməyə hazırlaşır.
Sloveniya millisinin qolkiperi “İnter” klubun heyətində keçirdiyi 39 oyunda qapısında 45 qol görüb. İspaniya təmsilçisinin transfer siyahısında 30 yaşlı sloveniyalı qapıçıyla yanaşı “Bavariya”dan Pepe Reyna, Keylor Navas (“Real” Madrid), və Kiko Kasilyasın (“Espanyol”) adları yer alır.
saytlarin hazirlanmasi