Tribunalar azarkeşlərin üzünə bağlandı

02:40 - 28 May 2015

“Fənərbaxça” rəhbərliyi qalmaqalın qarşısını almağa çalışır
 
“Qalatasaray”ın çempionluğu qazanmasının ardından “Fənərbaxça” rəhbərliyi son ev oyununda azarkeşlər arasında qalmaqalın qarşısını almaq üçün maraqlı qərar verib.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi stadionun iki əsas tribunasını fanatların üzünə bağlamalı olub.
 
Belə ki, adətən federasiya tərəfindən cəza verildiyi halda bağlanılan tribunaları bu dəfə klub rəhbərliyi özü qapatmaq qərarına gəlib. Üstəlik digər tribunalar üçün bilet qiymətlərini fantastik baha qiymətə satılması azarkeşlərin oyuna gəlməsinin qarşısını almaq məqsədi ilə edilib.

Xəbər xətti