"Dnepr"in baş məşqçisi: "Bizdən yaxşı oynayan komandaya məğlub olduq"

14:00 - 28 May 2015

"Buraxdığımız üçüncü qolda səhvimiz vardı"
 
Avropa Liqasının final mərhələsində “Sevilya” Ukrayna “Dnepr”ini 3:2 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
 
Sportal.az xəbər verir ki, Varşavada baş tutan qarşılaşmadan sonra Dneprpetrovsk təmsilçisinin baş məşqçisi Miron Markeviç məğlubiyyəti belə şərh edib:
 
“Xüsusi olaraq qeyd etməliyəm ki, buraxdığımız üçüncü qolda səhvimiz vardı. Topu uzaqlaşdırmağı bacarmadıq. “Sevilya” hücumda çox aqressiv idi. Düşünürəm ki, pis oynamadıq. Əlimizdən gələni etdik. Bizdən yaxşı oynayan və təcrübəli komandaya məğlub olduq”.
 
Qeyd edək ki, “Dnepr” avrokuboklarda ilk dəfə final mərhələsinə vəsiqə qazanmışdı.

Xəbər xətti