UEFA FİFA-nı hədələdi

15:39 - 28 May 2015

Bunun səbəbi 6 məmurun həbs olunmasıdır
 
UEFA rəhbərliyi FİFA-dan mayın 29-a keçirilməsi planlaşdırılan prezident seçkilərini təxirə salmağı tələb edib.
 
Sportal.az xəbər verir ki, UEFA tərəfindən FİFA-nın keçirəcəyi seçki boykot olunacaq. Bu barədə açıqlama ilə UEFA-nın baş katibi Canni İnfantino çıxış edib.
 
Qeyd edək ki, UEFA-nın belə bir tələb irəli sürməsinə səbəb FİFA-da baş verən rüşvət qalmaqalı və 6 məmurun həbs olunmasıdır.
 
FİFA-nın prezident seçkilərində Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparacaq.

Xəbər xətti