Rövnəq Abdullayev, Elşad Nəsirov və Elxan Məmmədov İsveçrəyə yollandı

16:07 - 28 May 2015

FİFA-nın 65-ci Konqresi başlayıb
 
Bu gün İsveçrənin Sürix şəhərində FIFA-nın 65-ci Konqresi öz işinə başlayıb.
 
Sportal.az xəbər verir ki, ayın 29-da yekunlaşacaq Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.
 
Qeyd edək ki, Konqresdə FIFA prezidenti vəzifəsinə iki namizəd – hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn – arasında seçki keçiriləcək.
 

Xəbər xətti