Prezident söz verdi: Ulduz futbolçu "Qalatasaray"a gəlir

17:23 - 28 May 2015

Argentinalı forvard "Cim-Bom" yolunda
 
"Qalatasaray"ın yeni prezidenti Dursun Özbək azarkeşlərə müjdə verib.
 
Sportal.az xəbər verir ki, klub prezidenti Türkiyə Super Liqasını qazandığı üçün "Cimbom" tərəfdarlarına söz verib. Dursun Özbək "Napoli"nin argentinalı ulduzu İquaini transfer edəcəyini söyləyib.
 
Çempionlar Liqasına birbaşa vəsiqə qazanan "Qalatasaray" daha böyük uğurlar qazanmaq arzusundadır. Hamza Hamzaoğlu ilə görüşən klub prezidenti baş məqşçinin də istəyilə transferə başlayıb.
 
Futbolçunun müqaviləsinin 2018-ci ildə bitməsinə baxmayaraq "Napoli" futbolçunu satmaq niyyətindədir. Futbolçu özü də klubdan ayrılmaqda maraqlıdır. "Qalatasaray" futbolçunun transferi üçün 20 milyon avro xərcləyəcək. 26 yaşındakı Hiquain bu mövsüm Serie A-da 36 matçda 16 qol vurub. 
 
Argentinalı futbolçu UEFA Avropa Liqasında 14 matçda 7 dəfə qapı torunu silkələyib. 

Xəbər xətti