Tyeqo özünə yeni komanda tapıb
"Xəzər Lənkəran”ın sabiq futbolçusu Tyeqo De Xesus özünə yeni komanda tapıb.
Sportal.az xəbər verir ki, braziliyalı futbolçu bundan sonra karyerasını ölkəsində davam etdirəcək. Belə ki, futbolçu Braziliya A Seriyasında mübarizə aparan "Fiqeryense” ilə müqavilə imzalamışdı.
Qeyd edək ki, Xesus qışda "Xəzər Lənkəran”da baş verən dəyişikliklər zamanı komandadan ayrılmışdı.
saytlarin hazirlanmasi