Dmitri Nazarov 90 dəqiqə oynadı, "Kalrsrue" bərabərə qaldı

02:05 - 29 May 2015

“Hamburq”la qarşılaşmada futbolçumuz məhsuldar ötürmə etdi      
 
Milli komandamızın üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu növbəti mövsüm Almaniya Bundesliqasına vəsiqə qazanmaq uğrunda "Hamburq"la ilk pley-off matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, əsas heyətdə meydana çıxan Nazarov məhsuldar ötürmə ilə yadda qalıb.
 
4-cü dəqiqədə məhz futbolçumuzun ötürməsindən sonra Rouven Henninqs hesabı açıb. Lakin "Karlsrue" bu üstünlüyünü sonadək qoruya bilməyib. Meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə müvəffəq olublar - 1:1. 
 
Dmitri Nazarov qarşılaşmada sona qədər oynayıb.
 
Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyunun 1-də keçiriləcək. "Karlsrue" bu oyundan sərfəli nəticə ilə ayrılacağı təqdirdə yeni mövsümdən Bundesliqada mübarizə aparacaq.  

Xəbər xətti